"Sumqayıt" Divizionun bombardirini icarəyə götürmək istəyir

6 İyul 2020 18:48 Sumqayıt 1 623
"Sumqayıt" Divizionun bombardirini icarəyə götürmək istəyir

Bu sezon «Qarabağ-2»nin heyətində 15 qolla I Divizionun bombardiri olan Musa Qurbanlı tezliklə avrokuboklarda çıxış edə bilər.

Sportinfo.az-ın məlumatına görə, tarixində ilk dəfə Avropa Liqasında mübarizə aparacaq «Sumqayıt» gənc hücumçunun xidmətində maraqlıdır.

«Kimyaçılar» Qurban Qurbanovun oğlunu 1 illik icarəyə götürmək istəyir.

18 yaşlı forvarda bəzi xarici klubların da maraq göstərməsi məlumdur. Bu xüsusda Zaqreb «Dinamo»sunun adı daha çox çəkilir.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə