"Makkabi"dən təklif aldı, "pulumu artırın, gəlim" dedi

6 İyul 2020 09:28 Sumqayıt 799
"Makkabi"dən təklif aldı, "pulumu artırın, gəlim" dedi

«Sumqayıt»ın israilli legioneri Əmir Ağayev karyerasını ölkəsində davam etdirə bilər.

Sportinfo.az-ın məlumatına görə, son 2 mövsümü Azərbaycanda keçirən yarımmüdafiəçi Təl-Əviv «Makkabi»sindən təklif alıb.

2018-ci ildə paytaxtın digər təmsilçisi «Hapoel»dən «Sumqayıt»a gəlmiş Ağayev indi gələn dəvət barədə «kimyaçılar»ın rəhbərliyini tanış edib. 28 yaşlı futbolçu əməkhaqqının bir qədər də artırılmasını istəyib.

İstailin gjənclər yığmasının formasını geyinmiş və 2012-ci ildə Azərbaycana qol da vurmuş orta sahə oyunçusu «Sumqayıt»ın ən ödənişli futbolçusudur – aylıq gəliri 10000 manatın üstündədir.

O, Bakıda ayı 3000 manata kirayə ev tutub. Xidməti avtomobilə 1200 manat xərcləyir. Övladlarının getdiyi bağçaya 2000 manat ödəyir

Digər Xəbərlər
Xəbər Lenti