Xanımı Azərbaycanda yaşamaq istəmədi, müqaviləni pozdu

1 İyul 2020 09:28 Sumqayıt 1 847
Xanımı Azərbaycanda yaşamaq istəmədi, müqaviləni pozdu

Tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazanan «Sumqayıt» hələlik heyətini gücləndirməyə başlayıb.

Hazırda əks proses gedir.

Futbolçular bir-birinin ardınca düşərgə ilə vidalaşır. Növbəti belə oyunçu Mehdi Şərifidir. Ötən yay «Perspolis»dən gələn yarımmüdafiəçi ilə müqaviləyə vaxtından əvvəl xitam verilib.

Mehdi xanımının təkidi ilə hələ 1 il qalan sözləşməsinə son qoyub. Belə ki, ABŞ vətəndaşı olan həyat yoldaşı artıq Azərbaycanda yaşamaq istəmədiyini deyib, o da bu xahişlə klub rəhbərliyinə müraciət edib və müsbət cavab alıb.

İranlı legioner hazırda Bakıdadır və geri qayıtmalarına yardımçı olmaları üçün ölkəsinin Azərbaycandakı səfirliyinə müraciət ünvanlayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti