"Qarabağ"a lazım oldu, "Sumqayıt"ı tərk etdi

26 İyun 2020 14:08 Sumqayıt 1 811
"Qarabağ"a lazım oldu, "Sumqayıt"ı tərk etdi

Şəhriyar Əliyevdən sonra «Sumqayıt»ı tərk edən növbəti futbolçunun kimliyi məlum olub.

Sportinfo.az-ın məlumatına görə, Elvin Cəfərquliyev avrokuboklarda «kimyaçılar»ın formasını geyinməyəcək.

Ötən yay «Qarabağ»dan 1 illik icarəyə götürülən yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu kluba qayıdıb. Tarixində ilk dəfə qitəmiqyaslı yarışlarda mübarizə aparacaq «gənclik şəhəri» təmsilçisi icarə sözləşməsinin müddətini uzatmağa cəhd göstərsə də, buna müvəffəq olmayıb.

Digər Xəbərlər
Xəbər Lenti