“Xaricdə yaşayan azərbaycanlı futbolçularla danışıqlar aparırıq“

25 İyun 2020 11:48 Sumqayıt 1 281
“Xaricdə yaşayan azərbaycanlı futbolçularla danışıqlar aparırıq“

“Bizim siyasətimiz olduğu kimi qalacaq“.

Sportinfo.az xəbər verir ki, bu açıqlama “Sumqayıt“ın prezidenti Riad Rəfiyevə məxsusdur.

“Gənclik şəhəri“ təmsilçisi tarixində ilk dəfə avrokubokarda iştirak edəcək. Premyer Liqada 4-cü pilləni tutan “kimyaçılar“ AFFA İcraiyyə Komitəsinin qərarıyla Avropa Liqasına göndərilib.

Rəfiyev bildirib ki, transfer siyasətində ciddi dəyişiklik gözlənilmir: “Yenə yerli futbolçulara üstünlük verəcəyik. Klubda büdcənin artırılıb-artırılmayacağı daha sonra bilinəcək.

Biz hazırda daha çox sərhədlərin açılmasını gözləyirik. Çünki xaricdə yaşayan azərbaycanlı futbolçularla danışıqlar aparırıq. Yeni transferlərimiz arasında yenə xaricdə çıxış edən həmyerlilərimiz olacaq”

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti