"Sumqayıt” avrokubok matçlarını harada keçirəcək?

24 İyun 2020 23:20 Sumqayıt 949
"Sumqayıt” avrokubok matçlarını harada keçirəcək?

“Sumqayıt” Avropa Liqasındakı ev oyunlarını doğma stadionunda keçirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun prezidenti Riad Rəfiyev məlumat verib:

“Sumqayıtdakı “Kapital Bank Arena” UEFA Avropa Liqasının standartlarına cavab verir. Biz nəinki birinci, mərhələni adlasaq, ikinci təsnifat mərhələsinin oyununu da burada keçirə bilərik. Stadionumuz həmin mərhələlər üçün irəli sürülən tələblərə uyğundur”. (oxu.az).

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!