Sərhədlər bağlı olduğu üçün Azərbaycanda qalmış İsrail vətəndaşlarının bəziləri ölkələrinə yola salınıb.
Sportinfo.az xəbər verir ki, vətəninə qayıdanlar arasında “Sumqayıt”ın yarımmüdafiəçisi Əmir Ağayev də var.
Ə.Ağayev və digər İsrail vətəndaşları bu gün təşkil olunan xüsusi reysli təyyarə ilə yola salınıb. Aviareys İsrail hökuməti tərəfindən təşkil olunub.

