Türkiyəli funksioner Azərbaycandan getməyi qərara aldı

24 İyun 2020 16:00 Sumqayıt 822
Türkiyəli funksioner Azərbaycandan getməyi qərara aldı

«Sumqayıt»ın Futbol Akademiyasının baş koordinatoru Hakan Sünal Azərbaycanı tərk edəcək.

Sportinfo.az-ın məlumatına görə, o, iyunun 27-də Almaniyaya qayıdacaq,

Bakı-İstanbul reysinə bilet alan türkiyəli funksioner oradan Frankfurta yollanacaq. Sünalın «Sumqayıt»la müqaviləsinin başa çatmasına hələ 7 ay qalıb.

Amma ola bilsin, bu gediş birdəfəlik olsun. Onun geri dönüb-dönməməsi AFFA-nın növbəti qərarlarından asılıdır. Əgər federasiya aşağı yaş qrupları üzrə ölkə çempionatını sentyabrda bərpa etsə, Sünal işinin başına qayıdacaq.

Qurum yarışların startını dekabradək ertələsə, onda buna ehtiyac qalmayacaq. 2019-cu ilin əvvəlində «Ayntraxt»dan dəvət olunmuş A kateqoriyalı mütəxəssisin «Sumqayıt»da qalması həm də irəli sürəcəyi yeni maliyyə şərtlərindən asılıdır.

Maliyyə çətinlikləri yaşayan «gənclik şəhəri» təmsilçisi Sünalın xərclərini qarşılaya biləcəkmi? Hazırda bu, bir qədər sual altındadır.

Digər Xəbərlər
Xəbər Lenti