"Sumqayıt"ın prezidenti ziyafət verdi, sözünü tutdu

24 İyun 2020 10:52 Sumqayıt 2 081
"Sumqayıt"ın prezidenti ziyafət verdi, sözünü tutdu

«Sumqayıt»ın prezidenti Riad Rəfiyev ziyafət təşkil edib.

Sportinfo.az-ın məlumatına görə, «kimyaçılar»ın rəhbəri avrokuboklara vəsiqə qazanmaq münasibətilə böyük qonaqlıq verib.

Şəhərin ən məşhur restoranlarından birində keçirilən tədbirə klubun bütün rəsmi şəxsləri, məşqçi və futbolçuları qatılıb.

Rəfiyev komandanın tarixində ilk dəfə Avropa Liqasına qatılmasını «mühüm hadisə adlandırıb. O, ümidvar olduğunu bildirib ki, «Sumqayıt»lılar öz şəhərlərini qitə arenasında layiqincə təmsil edəcək.

Yeri gəlmişkən, Riad bəy kollektivə verdiyi növbəti vədini yerinə yetirib. Komandanın 1 aylıq maaşı və «Neftçi» ilə kubok oyunlarının mükafatı (1000 manat) köçürülüb.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!