"Neftçi"yə görə 1000 manat + maaş alacaqlar

23 İyun 2020 09:28 Sumqayıt 2 702
"Neftçi"yə görə 1000 manat + maaş alacaqlar

«Sumqayıt»da maliyyə çətinliyi yavaş-yavaş aradan qalxır.

Sportinfo.az-ın məlumatına görə, «Azərikimya» uzun fasilədən sonra klubu sevindirib.

Fevral və mart aylarından qalan maaş borcu bu gün tam şəkildə ödəniləcək. Eyni zamanda, ölkə kubokundan qalan mükafat futbolçulara paylanacaq.

Söhbət «Neftçi» ilə ¼ final mərhələsinin oyunlarından gedir. Paytaxt təmsilçisini mübarizədən uzaqlaşdıran «kimyaçılar»ın hər birinə 1000 manat veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti