"Sumqayıt"ın prezidenti futbolçuların "ürəyini oxudu"

22 İyun 2020 16:00 Sumqayıt 982
"Sumqayıt"ın prezidenti futbolçuların "ürəyini oxudu"

«Sumqayıt»ın prezidenti Riad Rəfiyev futbolçuları sevindirən qərar verib.

Sportinfo.az-ın məlumatına görə, o, klub tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanan komandanın üzvlərini mükafatlandıracaq.

«Kimyaçılar»ın hər birinə 2000-4000 manat məbləğində pul ödənilməsi nəzərdə tutulur. Ola bilsin, vəsaitin miqdarı daha da artırılsın.

Yeniliyə imza atılıbsa, niyə də olmasın? Hər halda bu, Riad Rəfiyevin adıdır. «Sumqayıt»a rəhbər təyin ediləndən sonra bir sıra uğurlar əldə edən Rəfiyev bu günü çoxdan arzulayırdı.

Xəbər Lenti