Özü "Qarabağ"ı istəyir, meneceri qiymət qaldırır

21 İyun 2020 20:00 Sumqayıt 1 636
Özü "Qarabağ"ı istəyir, meneceri qiymət qaldırır

Aleksey İsayevin «Sumqayıt»la müqaviləsini uzatmadığını dünən xəbər vermişdik.

Sportinfo.az-ın məlumatına görə, yarımmüdafiəçi hazırda «Qarabağ»la danışıqlar aparır.

Qurban Qurbanov yığmaya da dəvət olunan orta sahə oyunçusunu öz sərəncamında görmək istəyir. Ona 2+1 illik kontrakt təklif edilib.

İsayev Azərbaycan çempionu ilə münasibətlərini rəsmiləşdirməsi indi özündən çox, menecerindən asılıdır. Dağıstanlı agenti başqa təklflər də aldıqlarını bildirərək, futbolçunun qiymətini qaldırır. Bir ilə təqribən 200-220 min manat istəyir.

Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!