Klub prezidenti: "Heç bir haqsızlıqdan söhbət gedə bilməz"

21 İyun 2020 10:40 Sumqayıt 1 144
Klub prezidenti: "Heç bir haqsızlıqdan söhbət gedə bilməz"

"Bu qərar Avropanın bir neçə ölkəsində də qəbul edilib".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Sumqayıt"ın prezidenti Riad Rəfiyevə məxsusdur.

AFFA İcraiyyə Komitəsinin son qərarına əsasən, Premyer Liqa və ölkə kubokunda mövsümə vaxtından əvvəl yekun vurulub. Beləcə, çempionatda ilk 4 pillədə qərarlaşan komandalar avrokuboklara vəsiqə qazanıb.

"Gənclik şəhəri" təmsilçisi onlardan biridir. «Sumqayıt»ı ilk dəfə qitə arenasına daşıyan klub prezidenti olaraq tarixdə qalan Rəfiyevin sözlərinə görə, onların Avropa Liqasında iştirakı başqa komandalara qarşı haqsızlıq sayılmamalıdır:

"Qitədə təxminən 10 ölkə bu qərarı verib. Misal olaraq, Fransa, Belçika, Niderland kimi böyük ölkələri misal göstərmək olar. Avropa Liqasına vəsiqə üçün heç bir haqsızlıqdan söhbət gedə bilməz.

Burada ilk olaraq, vətəndaşlarımızın sağlamlığı hər şeydən önəmlidir. Heç bir futbol və avrokubok bizim vətəndaşların sağlamlığından vacib ola bilməz.

İcraiyyə Komitəsi də Operativ Qərargahla məsləhətləşəndən sonra belə bir qərar qəbul edib. Biz də bunu tam olaraq dəstəkləyirik".

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!