Əvvəl millidən imtina etdi, indi də "Sumqayıt"dan - SON DƏQİQƏ

20 İyun 2020 15:46 Sumqayıt 1 583
Əvvəl millidən imtina etdi, indi də "Sumqayıt"dan - SON DƏQİQƏ

Tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanan «Sumqayıt» ən aparıcı futbolçusunun xidmətindən məhrum olub.

Sportinfo.az-ın məlumatına görə, Aleksey İsayev «kimyaçılar»la vidalaşıb.

Son 2 mövsümdə «gənclik şəhəri» təmsilçisinin formasını geyinmiş yarımmüdafiəçi yeni sözləşmə təklifinə «yox» deyib. Nikola Yurçeviçin vaxtında dəfələrlə milliyə çağırılan, lakin bu şansı qaçıran İsayev indi daha iddialı klubun şərəfini qorumaq niyyətindədir.

Ona bir neçə belə dəvət gəlib. Bəzi mətbu orqanlar «Ural» da daxil olmaqla, bəzi rusiya komandalarının Alekseylə anlaşmağa yaxın olduğunu yazsa da, bildirək ki, bunların heç biri həqiqəti əks etdirmir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti