Azərbaycanda 20-ci klub

19 İyun 2020 19:45 Sumqayıt 544
Azərbaycanda 20-ci klub

Azərbaycan Premyer Liqasında 4-cü yeri tutan “Sumqayıt” tarixində ilk dəfə avrokuboklarda oynamaq hüququ qazanıb.

Sportinfo.az xəbər verir ki, Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə başlayacaq “Gənclik şəhəri” təmsilçisi Azərbaycanın avrokuboklarda 20-ci klubu olacaq.

Bunadək 19 komandamız qitə səhnəsinə çıxdığından sumqayıtlılar ikinci “onluğ”u qapayıb.

Digər klublarımız isə dəfələrlə oynadığı avrokuboklarda növbəti dəfə qüvvəsini sınayacaq. Ardıcıl olmaqla tarixində 7-ci dəfə Çempionlar Liqasında oynayacaq “Qarabağ” ümumilikdə 17-ci mövsümdür avrokubok həyəcanı yaşayacaq. Ağdamlılar 8-ci dəfə ardıcıl ölkəmizi qitədə təmsil edəcək.

Bu göstəridə rekord “Neftçi”yə məxsusdur. Bakılılar 19-cu dəfə avrokubokda oynayacaq. Ardıcıl 3-cü dəfə Avropa Liqasında çıxış edəcək təmsilçimiz 11-ci dəfə bu turnirdə qüvvəsini sınayacaq.

Bir ildən sonra avrokuboklara qayıdan “Keşlə” tarixində 11-ci dəfə məsul sınağa çıxacaq. Bakılılar 8-ci dəfə Avropa Liqasında mübarizəyə başlayacaq.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı