Dindar Ağayev: "Artıq geri qayıtmağın vaxtıdır"

19 İyun 2020 12:16 Sumqayıt 730
Dindar Ağayev: "Artıq geri qayıtmağın vaxtıdır"

“Mövsümün erkən dayandırılması qərarından sonra yekunu dəyərləndirmək olar”.

Sportinfo.az xəbər verir ki, bunu “Sumqayıt”ın yarımmüdafiəçisi Əmir Ağayev deyib.

İsrailli futbolçu sosial şəbəkə vasitəsilə AFFA İcraiyyə Komitəsinin Premyer Liqada mövsümün başa çatdırılması qərarına münasibət bildirib. 28 yaşlı pleymeyker 4-cü yeri tutaraq avrokuboklara vəsiqə qazanmalarının sevincini yaşadığını yazıb:

“Sondan başlayacam. Deyə bilərik ki, tarix yazdıq. Çempionatı 4-cü yerdə bitirərək “Sumqayıt”ı tarixində ilk dəfə Avropaya daşıdıq. Əla formada olduğum üçün liqanın dayandırılması üzündən qarışıq hisslər keçirirəm. Amma inanclı bir insan olaraq əminəm ki, hər şey yaxşı olacaq”.

Ağayev ailəsini görmək üçün İsrailə qayıdacağını da əlavə edib: “Ailəmi və dostlarımı bir ildir ziyarət edə bilmirəm. Artıq İsrailə qayıtmağın vaxtıdır. Bir az istirahət edib, növbəti mövsümə hazırlaşmaq olar”.

“Sumqayıt” müqavilə müddəti başa çatan Əmir Ağayevə yeni sözləşmə təklif edib. Həmçinin Premyer Liqanın bir neçə klubu da onun xidmətində maraqlıdır.

Digər Xəbərlər
Xəbər Lenti