"Uğurumuzda Ayxan Abbasovun rolu danılmazdı" - "Sumqayıt"ın kapitanı

18 İyun 2020 18:06 Sumqayıt 518
"Uğurumuzda Ayxan Abbasovun rolu danılmazdı" -

Bu gün AFFA İcraiyyə Komitsənin videokonfrans formatında keçirilən iclasında Azərbaycan Premyer Liqasının dayandırılması qərara alındı.

Bununla da hazırkı turnir cədvəlinə görə, 4-cü yerdə gedən "Sumqayıt"ın tarixində ilk dəfə avrokuboklara getməsi rəsmiləşdi.

"Sumqayıt"ın kapitanı Vurğun Hüseynov çıxarılan qərarla bağlı Sportinfo.az-a bunları dedi:

" Bu həm mənim, həm də "Sumqayıt"ın ilk avokuboklarda çıxışı olacaq. Həqiqətən, bizim üçün xoş xəbər oldu. Buna ancaq sevinə bilərik. 7 ildi bu komandadayam. Həm futbolçu, həm də bir kapitan kimi hər zaman faydalı olmağa çalışmışam.

Bu uğurda baş məşqçimiz olan Ayxan Abbasovun rolu danılmazdı. Qısa müddətdə ölkə kubokunun finalına çıxmaq və "Sumqayıt"ı avrokuboklara aparmaq onun necə məşqçi olmağından xəbər verir.

Təbii ki, bizə hər zaman dəstək olan rəhbərliyimizi də unutmaq olmaz. Rəhbərlik, məşqçilər heyəti və futbolçular arasındakı vəhdət uğurumuzda əsas rol oynadı"

Kapitan "Sumqayıt"ın AFFA-nın qərarı ilə avrokuboklara getməsi fikirlərini qəbul etmədiyini bildirib: "Bəziləri deyə bilər ki, AFFA-nın verdiyi qərarla avokuboklara gedirik. Amma bir şeyi unutmaq lazım deyil ki, çempionat başlayandan komandamız 4-cü yerdə gedirdi".

Digər Xəbərlər
Xəbər Lenti