"Sumqayıt"ın prezidenti: "Hazırda “Maşinsazi” ilə danışıqlar gedir"

17 İyun 2020 20:40 Sumqayıt 835
"Sumqayıt"ın prezidenti: "Hazırda “Maşinsazi” ilə danışıqlar gedir"

“Sumqayıt” hücumçusu Peyman Babayi ilə bağlı qərarını qətiləşdirib.

Sportinfo.az xəbər verir ki, bu barədə apasport.az-a “gənclik şəhəri” təmsilçisinin prezidenti Riad Rəfiyev məlumat verib.

Peyman Babayi cari mövsüm Premyer Liqada keçirdiyi 19 oyunda 7 qol vurub. Klub rəhbəri bildirib ki, hazırda icarə əsasında “Sumqayıt”ın formasını geyinən iranlı forvardın komandada qalmasında maraqlıdırlar.

Rəfiyev bununla bağlı 26 yaşlı oyunçunun müqavilə ilə məxsus olduğu İran klubu “Maşinsazi” ilə danışıqlara başladıqlarını söyləyib: “Biz Peymanın gələn mövsüm də komandamızın formasını geyinməsini istəyirik. Hazırda “Maşinsazi” ilə danışıqlar gedir”.

Xəbər Lenti