"Sumqayıt"ın prezidenti həqiqəti dedi: "Düzgün seleksiya aparmışıq"

16 İyun 2020 10:24 Sumqayıt 657
"Sumqayıt"ın prezidenti həqiqəti dedi: "Düzgün seleksiya aparmışıq"

"Çempionatın davam etdirilməsini və nəticə qazanaraq avrokuboklara çıxmaq istəyirik".

Sportinfo.az xəbər verir ki, bunu "Sumqayıt"ın prezidenti Riad Rəfiyev söyləyib.

O, hazırda Premyer Liqada 4-cü yerdə gedən komandasının Avropa Liqasına tarixi vəsiqəni meydanda qazanmaq istədiyini vurğulayıb: "Hazırda mövsüm davam edir, heç bir futbolçu ilə transfer barədə danışmamışıq.

Öz heyətimdəki oyunçularla bağlı planlarımız var, buna uyğun hərəkət edirik. Amma başqa klublardan heç kiminlə danışmamışıq.

"Sumqayıt"ın hər bir mövsümün sonunda heyətinin böyük hissəsini dəyişdirməsinə gəlincə, əslində, bu, bizim üçün sevindirici haldır, işimizin nəticəsini göstərir.

Çünki xəbərləri oxusaz, görəcəksiz ki, ən çox bizim oyunçulardan yazırlar. Məsələn, "Sumqayıt"ın filan futbolçusu başqa komandanın hədəfindədir.

Bu da onu göstərir ki, düzgün seleksiya aparmışıq. Bizdə də yanlışlıqlar olur. Bu, normaldır, hamıda baş verir. Sevindirici haldır ki, ən çox bizim futbolçularımızı istəyirlər".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!