"Çıxıb oynamaq lazımdır, başqa variantımız yoxdur"

15 İyun 2020 23:40 Sumqayıt 969
"Çıxıb oynamaq lazımdır, başqa variantımız yoxdur"

"Dövlətin qanunları var, nə qərar olacaqsa, icra edəcəyik".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Sumqayıt"ın prezidenti Riad Rəfiyevə məxsusdur.

O, "Premyer Liqa ləğv ediləcəyi halda qərara necə yanaşarsız" sualını belə cavablandırıb: "Vətəndaşların sağlamlıqları hər şeydən önəmlidir. Futbol bizim vətəndaşların sağlamlığından öndə gələ bilməz.

Operativ Qərargahın bütün qərarlarına hörmətlə yanaşırıq. Ona görə də nə qərar qəbul etsələr, icra edəcəyik. Çölə çıxmaq qadağası həftəsonları üçün yeni qərardır.

Əlbəttə, əvvəl bildirmişdik ki, hazırlaşmaq üçün 3 həftə çox azdır. Çünki xeyli vaxt idi ki, məşqsiz qalmışıq. Amma futbolçular peşəkardırlar, başa düşürlər ki, nə qərər qəbul edilibsə, onu icra etmək lazımdır. Çətin də olsa, çıxıb oynayacaqlar.

Həftəsonları karantin rejiminin sərtləşdirilməsi daha çox çətinlik yaradacaq. Amma çıxıb oynamaq lazımdır, başqa variantımız yoxdur. Çempionatın ləğvi ilə bağlı qərarı biz vermirik".

Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!