"Vaxtilə biz futbolçulara jest etmişik, indi də onlar bizə"

15 İyun 2020 13:54 Sumqayıt 626
"Vaxtilə biz futbolçulara jest etmişik, indi də onlar bizə"

«Müqaviləsi bitən futbolçularla razılığa gəlmişik və onların sayı 15-ə yaxındır».

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın idman direktoru Zamiq Hüseynov deyib.

“Gənclik şəhəri” təmsilçisinin 15 futbolçusunun müqavilə müddəti iyunun 1-də başa çatsa da, rəhbərliyin bununla bağlı hər hansı bir narazılığı qalmayıb.

Çünki hamısı ilə mövsümün sonuna qədər “kimyaçılar”da qalmaqla bağlı razılıq əldə olunub. Onlar prezident Riad Rəfiyev və baş məşqçi Ayxan Abbasova görə kluba jest edib. Bu müddət üçün əlavə ödəmə və ya əməkhaqqı istəməyib.

Z.Hüseynovun bildirdiyinə görə, mövsüm davam etdiriləcəyi təqdirdə, düşərgədəkilər qalıb oynayacaq: «Vaxtilə biz futbolçulara jest etmişik, indi də onlar bizə.

Qarşılıqlı inamın və dəstəyin nəticəsidir ki, bu gün belə bir problemdən uzağıq. FİFA bu məsələdə hər şeyi klublarla futbolçuların öz ixtiyarına buraxır.

Tövsiyə ediblər ki, müqaviləsi bitən, yaxud bitmək üzrə olan futbolçularla oturub danışın, bir razılığa gəlin. Biz artıq bu işi yoluna qoymuşuq. Oyunlar başlayarsa, futbolçulara lazım olan səviyyədə motivasiya verəcəyik.

Gələn mövsüm kimlər qalacaq, kimlər gedəcək? Hələ bu çempionatı başa vurmamış, o barədə fikirləşmək, plan qurmaq yanlış olar. Biz indi bununla bağlı qərar verməyə başlasaq, komanda daxilində disbalans yaradar».

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!