"Sumqayıt"lılar prezidentlə baş məşqçiyə bu cür dəyər verdi

12 İyun 2020 21:40 Sumqayıt 1 031
"Sumqayıt"lılar prezidentlə baş məşqçiyə bu cür dəyər verdi

«Sumqayıt»lılar klub rəhbərliyinə öz dəstəyini verib.

Sportinfo.az-ın məlumatına görə, «kimyaçılar» 2 ay pulsuz futbol oynayacaq.

Söhbət müqaviləsi başa çatan 15-ə yaxın futbolçudan gedir. Əgər AFFA və Peşəkar Futbol Liqası mövsümün davam etdirilməsiylə bağlı qərar qəbul edərsə, iyun-iyul ayları üçün əlavə maaş istəməyəcəklər.

Bu da «Sumqayıt»da kollektivin bir olmasını, hədəflənməsini göstərir. Təbii ki, onların jesti klub prezidenti Riad Rəfiyevlə baş məşqçi Ayxan Abbasova hörmətdən və diqqətdən irəli gəlir. Demək ki. istər Rəfiyev, istərsə də Abbasov bu dəyəri qazanıblar. Yoxsa bəzi Premyer Liqa təmsilçilərindəki kimi…

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti