
«Sumqayıt»ı üçüncü yerə hakimlər qaldırmayıb».
Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «kimyaçılar»ın yüksəlişinə qiymət verib.
Bildirib ki, Samir Abasovun çalışdırdığı komanda sərgilədiyi oyunla Premyer Liqanın liderlər qrupunda yer almağa haqq edir:
«Son vaxtlar «Sumqayıt» ətrafında aparılan xoşagəlməz polemikalar məni narahat etməyə başlayıb. Belə görüntü yaradıblar ki, sanki hakimlər «Sumqayıt»ı yuxarı yerlərə dartıblar.
Bəlkə də «Sumqayıt» hakimlikdən ən az əziyyət çəkən klublardan biridir, amma Samir Abasov və futbolçuların əməyini azaltmaq lazım deyil.
Maraqlı stilləri var. Kifayət qədər yaxşı oynayırlar».
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: