Azərbaycan klubu əlcəzairli hücumçu ilə anlaşdı

11 Avqust 2023 00:20 Sumqayıt 2 246
Azərbaycan klubu əlcəzairli hücumçu ilə anlaşdı

"Sumqayıt" Şimali Makedoniyadan "Şkupi"nin futbolçusu Valid Həmidi ilə anlaşıb.

Sportinfo.az "sportclub.mk" saytına istinadən xəbər verir ki, əlcəzairli hücumçu tezliklə "gənclik şəhəri" təmsilçisi ilə müqavilə imzalayacaq.

Son iki mövsümü "Şkupi"də keçirən 27 yaşlı forvard 70 oyuna 7 qol vurub. O, daha əvvəl ölkəsinin "MC Oran", "ASM Oran" və "JSM Skikda" komandalarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti