"Bəlkə başqaları düşünər ki, mən buna görə belə danışıram"

9 İyun 2020 09:28 Sumqayıt 712
"Bəlkə başqaları düşünər ki, mən buna görə belə danışıram"

"Məşqlərə yeni başlamışdıq. Düşünürdük ki, oyunlara kimi ən azı 50-60% hazır olub oynayarıq.

Altı və bazar günlərinə qadağa qoyulmasından sonra isə hazır olmaq heç cür mümkün deyil"

Bu fikirləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov deyib.

Müdafiəçi hazırkı durumda çempionatın ləğvini daha düzgün qərar hesab edir: "Mənim fikrimcə artıq çempionatı ləğv etməyin vaxtıdır.

Çünki bundan sonra hazırlaşıb, ancaq yeni çempionata kimi hazır olmaq və formaya düşüb oyunlara çıxmaq mümkündür. Üç aydan sonra qısa müddət məşq edib oyuna çıxmaq mümkün deyil.

Bəlkə başqaları düşünər ki, "Sumqayıt" 4-cü yerdədir deyə, Vurğun belə danışır. Amma elə deyil. 7-ci yerdə olsaydıq da, belə deyərdim. Ona görə ki, hər birimizin sağlamlığı və zədə almaması hər şeydən üstündür".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"