"Heç bilmirik sabah nə qərar çıxacaq" - Ayxan Abbasov

6 İyun 2020 17:52 Sumqayıt 1 150
"Heç bilmirik sabah nə qərar çıxacaq" - Ayxan Abbasov

"Futbolçular hazırlıqsızdır. 2.5 aydı komanda məşq etmir. Bu qədər müddət məşq etməyən futbolçu necə olarsa, elə də oldu"

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov deyib.

Gənc baş məşqçi hazırkı vəziyyətin məşqçilər üçün çətin olduğunu bildirib: "Bu gün məşqçilərin fikirləri aydındı. Açıqlamalarımızda da demişik ki, biz nə istəyirik, nə qədər vaxt istəyirik. Bildiyiniz kimi hazırda altı və bazar günləri də məşqlərə icazə verilmir. Həqiqətən, bu gün çətin vəziyyətdəyik. Məşqçi fikirləşdiyi planı həyata keçirə bilmir. Həftəlik plan üzərində hazırlaşırıq, amma həftə sonu başqa qərarlar çıxır. Heç bilmirik sabah nə qərar çıxacaq. Ona görə də nəsə demək çətindir"

Abbasov həftə sonlarına qoyulan qadağaların komandanın planlarına etdiyi təsirdən də danışıb: "Əlbəttə, proqramda dəyişiklik oldu. Hətta ayın 8-i yoldaşlıq görüşü keçirməyi planlaşdırmışdıq onu da keçirə bilmirik. Vəziyyət heç yaxşı deyil.

Gələn həftə nə olacaq bilmirik. İki gün qadağası gələn həftə də qalacaq yoxsa yox. Məsələn, ayın 14-ü yoldaşlıq görüşümüz var. Düşür həftə sonuna. Həmin günlər qadağa davam etsə, bəlkə də, çempionat oyununa yoldaşlıq görüşü keçirmədən çıxa bilərik".

Digər Xəbərlər
Xəbər Lenti