"Sumqayıt"ın prezidenti komandanı müjdələdi və ümid verdi

2 İyun 2020 18:20 Sumqayıt 643
"Sumqayıt"ın prezidenti komandanı müjdələdi və ümid verdi

«Sumqayıt»da yaranmış maliyyə böhranı müvəqqətidir.

Sportinfo.az-ın məlumatına görə, bu açıqlama klubun prezidenti Riad Rəfiyevə məxsusdur.

O, kollektivlə görüşərək, mövcud vəziyyətlə bağlı danışıb. «Kimyaçılar»ın rəhbəri bildirib ki, koronavirus pandemiyası sponsorların işinə mənfi təsir göstərib, odur ki, bu, futbol üçün nəzərdə tutulan vəsaitin toplanmasına çətinlik yaradır.

Hazırda ən böyük arzusunun «Sumqayıt»ı avrokuboklarda görmək olduğunu deyən Riad bəy söyləyib ki, həmin günün çox uzaqda olmadığına inanır.

Yəni ki, komanda kənar amilləri ciddiyə almayıb yalnız nəticələr barədə fikirləşsə, mövsümün sonunda tarixi röya gerçəkləşəcək.

Rəfiyev qeyd edib ki, fevral və mart aylarından qalan maaş borcu yaxın vaxtlarda ödəniləcək. Üstəlik, iyun və iyula görə kollektivə əlavə vəsait ayrılacaq.

Digər Xəbərlər
Xəbər Lenti