Azərbaycanda tikilən stadionda QAÇIŞ OLMAYACAQ

17 May 2020 13:20 Sumqayıt 1 154
Azərbaycanda tikilən stadionda QAÇIŞ OLMAYACAQ

Bir çox beynəlxalq oyunlara şahidlik edən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda tikinti işləri sürətləndirilib.

Müasir tələblərə cavab verən üstüörtülü arena yüksək səviyyədə yenidən qurulur.

Sportinfo.az xəbər verir ki, yenidənqurma işlərindən sonra arenanın azarkeş tutumu 10 mindən çox olacaq.

Əvvəldən meydanın kənarında olan qaçış zolağı ləğv ediləcək və genişlənmiş ərazidə üstüörtülü iki ehtiyat meydança tikiləcək. Stadionun ərazisində otelin də inşası aparılır.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması məqsədilə Prezidentin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat vəsait ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!