Millimizdən imtina edən futbolçu Rusiyadan təklif alıb?

15 May 2020 21:00 Sumqayıt 1 350
Millimizdən imtina edən futbolçu Rusiyadan təklif alıb?

“Mövsümün başlaması haqqında hələ ki, rəsmi məlumat yoxdur. Hər şey dəqiqləşəndən sonra Azərbaycana qayıdacam”.

Sportinfo.az xəbər verir ki, bu sözləri futbolinfo.az-a açıqlamasında “Sumqayıt”ın yarımmüdafiəçisi Aleksey İsayev deyib.

Hazırda Rusiyada olan futbolçu Premyer Liqanın startı rəsmiləşəndən sonra ölkəyə qayıdacağını açıqlayıb. İsayev çarter reysi ilə qayıdıb-qayıtmayacağı ilə bağlı da danışıb:

“Düşünürəm ki, qayıtmaq üçün bir imkan yaranacaq. Hər halda bütün məsələləri klub rəhbərliyi ilə müzakirə edəcəyik. Birlikdə necə gələcəyimlə bağlı qərar olacaq”.

Millimizdən imtina edən yarımmüdafiəçi Rusiyanın “Ural” klubundan təklif alması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Bunu ilk dəfə sizdən eşidirəm. “Ural"dan təklif almamışam”.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı