"Düşündüm ki, Azərbaycana yaxşı pul qazanmaq istəyəndə getmək lazımdır"

12 May 2020 17:52 Sumqayıt 1 704
"Düşündüm ki, Azərbaycana yaxşı pul qazanmaq istəyəndə getmək lazımdır"

"2018-ci ildə "Stal"dan ayrıldıqdan sonra Ukrayna və Azərbaycandan təkliflərim var idi".

bunu Ukraynanın I Divizionunda mübarizə aparan "Minay"ın futbolçusu Anatoli Nuriyev çempionatın rəsmi saytına açıqlamasında deyib.

2018-ci ildən "Minay"da çıxış edən Anatoli Nuriyev 41 oyunda meydana çıxıb və 21 qol vurub. 24 yaşlı hücumçu bildirib ki, həmin vaxt "Sumqayıt" onun xidmətində maraqlı olub:

"Məni öz sıralarına qatmaq istəyirdilər. Amma düşündüm ki, ora karyeramın sonunda, yaxşı pul qazanmaq istəyəndə getmək lazımdır. Çünki oynamaq və inkişaf etmək istəyirdim. Zaman göstərdi ki, "Minay" variantını əbəs yerə seçməmişəm".

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu