Premyer Liqanın bombardirinə 3 təklif – biri "Neftçi"dən, digərləri…

9 May 2020 19:16 Sumqayıt 1 484
Premyer Liqanın bombardirinə 3 təklif – biri "Neftçi"dən, digərləri…

«Sumqayıt»ın ötən ilin yanvarında «Maşinsazi»dən icarəyə götürdüyü Peyman Babayi hazırkı klubunda qalmaq istəmir.

Sportinfo.az-ın məlumatına görə, 1,5 illik icarə müddəti iyunda başa çatacaq hücumçuya 3 yeni təklif gəlib.

Bunlardan biri Azərbaycan təmsilçisidirsə, digər ikisi İrandandır. «Kimyaçılar»ın rəhbərliyi 25 yaşlı forvardın aldığı dəvətlərdən artıq xəbərdardır.

Cari mövsüm Premyer Liqada vurduğu 7 qolla bombardirlər yarışmasında zirvənin 4 şərikindən birinə çevrilən Peymana «Neftçi»nin maraq göstərdiyi deyilir.

Sumqayıtlıların niyyəti isə «Maşinsazi» ilə yenidən danışıqlar aparıb, həm məxsus olduğu klubu, həm də legionerin özünü razı salmaqdır. Hətta bunun üçün onun maaşının bir qədər də artırılması gözləniləndir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar