Riad Rəfiyev "Neftçi"nin prezidenti olmağa niyə tərəddüd edir?

30 Aprel 2020 12:44 Sumqayıt 1 353
Riad Rəfiyev "Neftçi"nin prezidenti olmağa niyə tərəddüd edir?

Riad Rəfiyev prezidenti olduğu «Sumqayıt»ı yaxın aylarda tərk edə bilər.

Sportinfo.az-ın məlumatına görə, 2018-ci ilin ilk rübündən «kimyaçılar»a rəhbərlik edən gənc rəhbərə «Neftçi»yə keçmək təklif olunub.

AFFA-nın bu təşəbbüsünü SOCAR da dəstəkləyir. Çünki hər iki təşkilat Kamran Quliyevin fəaliyyətindən narazıdır. «Neftçi»nin uğursuz çıxışını son illərdə də davam etdirməsi klubun hazırkı idarəçilərinə inamı sarsıldıb.

K.Quliyev 2018-ci ilin fevralında «Sumqayıt»ı «Neftçi»yə dəyişəndə, gözləntilər o idi ki, «Qarabağ» çempionluq yarışında tək irəliləməyəcək. Ancaq Ağdam təmsilçisi ardıcıl üçüncü mövsüimdür ki, Quliyevin başçılıq etdiyi klubu qabaqlayır.

Bu müddətdə titula həsrət qalan «ağ-qaralar» daxili problemlərini də hələ həll edib qurtara bilməyib. Düşərgədə qarışıqlıqdır: tez-tez müxtəlif problemlər baş qaldırır.

Baş məşqçi və futbolçu seçimində ciddi yanlışlara yol verən yönətim yaranmış vəziyyətdən çıxmaqda gücsüz görünür. Onlar «Neftçi» azarkeşinin də gözündən çoxdan düşüb…

İndi ümid Riad Rəfiyevdir. Axı o, «Neftçi»yə, «Neftçi» də ona doğmadır. Riad bəyin atası Rasim Rəfiyev vaxtilə bu klubun prezidenti olub, öz biznesinin pulunu ona sərf edib. İllər bir-birini qovsa da, köhnə xatirələr heç vaxt unudulmur…

Bildiyimizə görə, Riad Rəfiyev «Neftçi»yə yollanmaq təklifi qarşısında tərəddüd keçirir. Çünki «Sumqayıt»dakı missiyasını tamamilə başa vurduğunu zənn etmir. Bu da bir həqiqətdir ki, seçim məsələsində son söz federasiyanındır. İşdir, qurum təkid etsə, onun yayda doğma klubuna dönməsi qaçılmaz olacaq.

Görək, Kamran Quliyev o vaxta kimi Zaur Qəhrəmanovu dilə tutub, yenə Elxan Məmmədovun üstünə minnətçi göndərməyə razı sala biləcəkmi?

Digər Xəbərlər
Xəbər Lenti