“Sumqayıt“ın prezidenti: “Bizdə maliyyə problemi yoxdur“

27 Aprel 2020 09:28 Sumqayıt 558
“Sumqayıt“ın prezidenti: “Bizdə maliyyə problemi yoxdur“

“Klub olaraq, bu günə qədər futbolçularla olan müqavilə öhdəliklərini tam şəkildə yerinə yetirmişik“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt“ın prezidenti Riad Rəfiyev deyib.

“Kimyaçılar“ın rəhbəri klubun maliyyə problemləri ilə üzləşmədiyini bildirib: “Hamı bilir ki, bizdə futbolçuların maaşlarında problem olmayıb. Müqavilədə yazılan məbləğ bu günə qədər son manatına kimi hesablarına köçürülüb.

Hansısa futbolçunun əməkhaqqısının kəsilməsindən və ya ödənilməməsindən söhbət gedə bilməz.

Bəli, müəyyən zamanlarda texniki səbəblərə görə maaşların ödənilməsində qısamüddətli gecikmələr olub. Lakin həmin problemləri də tez zamanda aradan qaldırmışıq və futbolçu əməkhaqqısını tam şəkildə alıb“.

Digər Xəbərlər
Xəbər Lenti