“Sumqayıt” - son “MƏZAR“

19 Aprel 2020 10:45 Sumqayıt 855
“Sumqayıt” - son “MƏZAR“

“Sumqayıt”ın 10-cu ildönümü ilə əlaqədar olaraq “Yaxın keçmişə səyahət” rubrikasını davam etdiririk.

Sportinfo.az xəbər verir ki, burada 85 oyun keçirmiş millimizin sabiq yarımmüdafiəçisi Aleksandr Çertoqanov karyerasını “gənclik şəhəri”ndə bitirib.

2015/2016 mövsümündə futbolla vidalaşan adıçəkilən ukraynalı hazırda öz ölkəsində yaşayır. Çertoqanov “Sumqayıt”ın tarixində 5-ci ən çox oyun keçirmiş futbolçudur.

2016/2017 mövsümdə “Qarabağ”dan doğma şəhərinə qayıdan Fərhad Vəliyevin də son klubu “Sumqayıt”dır. Hazırda “Səbail”də qapıçılar üzrə məşqçi kimi çalışan Vəliyev 51 qarşılaşmada meydana çıxıb.

2017-18 mövsümündə karyerasını “kimyaçılar“ın düşərgəsində bitirən bir digər futbolçu isə Elnur Abdullayevdir. Həmin mövsümün ikinci yarısında "Keşlə"dən gələn yarımmüdafiəçi mövsümün sonunda peşəkar futbola vidalaşıb. "77" nömrəli formanı geyinmiş Elnur 8 oyunda ümumilikdə 215 dəqiqə iştirak edib.

Sizə bəhs edəcəyimiz sonuncu futbolçu isə Arif Daşdəmirovdur. Azərbaycan millisinin sabiq müdafiəçisi ötən mövsümün sonunda karyerasını bitirib.

Daşdəmirov “Sumqayıt”ın heyətində Premyer Liqada 24 qarşılaşmada meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi