"Mənim üçün bu vəziyyət günbəgün daha da çətinləşir, çox darıxıram"

18 Aprel 2020 20:00 Sumqayıt 530
"Mənim üçün bu vəziyyət günbəgün daha da çətinləşir, çox darıxıram"

"Mənim üçün bu vəziyyət günbəgün daha da çətinləşir, ailəm üçün çox darıxıram. Bir idmançı üçün yalnız evdə oturmaq, tək qalmaq, evdə məşq etmək çox ağırdı. Gözləyirik görək bunun sonu nə olur"

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın futbolçusu Peyman Babayi deyib.

İranlı hücumçu ölkəsinə qayıtmağın artıq gec olduğunu bildirib: "Azərbaycanda karantin müddəti, yəqin ki, bir qədər də artırılacaq. Sərhədlər bağlıdır. Artıq ölkəmə də qayıda bilmərəm. Çarəsiz evdə oturub dua etməkdən başqa yolum yoxdur".

Hücumçu ölkəsindəki vəziyyət haqda da danışıb: "Artıq İranda karantin rejiminə insanlar əməl etmirlər. İstəyən işə gedir, istəyən küçəyə çıxır. Ölüm halları yenə var. Dövlətin tapşırığı isə budur ki, hər kəs özü-özünü qorusun. Hələ ki, dostlarımdan, qohumlarımdan virusa yoluxanı yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti