Klub personalı iki yerdə işlətmək məcburiyyətində qalıb

23 Aprel 2024 14:40 Sumqayıt 1 609
Klub personalı iki yerdə işlətmək məcburiyyətində qalıb

Martda Mehdi Hüseynzadə adına stadiona qayıdan «Sumqayıt»da iş qrafiki dəyişib.

«Kimyaçılar» ikiqat əziyyətə və xərcə düşüb.

Bir neçə il ərzində yenidən qurulan arenaya dönən və uzunmüddətli icarə müqaviləsi imzalayan «gənclik şəhəri» təmsilçisi işçi personalı ilə təmin olunmayıb.

Klub rəhbərliyi «Kapital Arena»da çalışan heyətə məcburiyyətdən iki iş tapşırıb. Onlar eyni vaxtda həm əvvəlki, həm də indiki futbol qurğusunda işləməlidir.

Kim bundan imtina edərsə… Xəbərdarlıq olunub - özlərinə başqa iş yeri tapsınlar.

Personala bu da bildirilib - bu sıx qrafiklə çalışma hələ bir neçə ay da davam edəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA