"Sumqayıt"ın prezidentinin ümidi bir Allaha qalıb, bir də…

15 Aprel 2020 16:15 Sumqayıt 615
"Sumqayıt"ın prezidentinin ümidi bir Allaha qalıb, bir də…

«Sumqayıt»ı qabaqara izləyən maliyyə problemi bir qədər də şiddətlənib.

Klubdan Sportinfo.az-a verilən məlumata görə, «Azərikimya» onların payına düşən aylıq büdcəni köçürmək istəmir.

Adətən, hər ayın ilk 2 həftəsi ərzində pullarını alan «kimyaçılar»a daha 5-6 gün gözləmək tapşırılıb. Onda da «Azərikimya»nın ümumi vəsaiti 50 faiz azaltması gözlənilir. Futbolçulara bununla bağlı şifahi xəbərdarlıq olunub.

Bu vəziyyət artıq 2 aydır davam edir. Təbii ki, Riad Rəfiyev bundan narahatdır. Klubun prezidentinin məsələdən AFFA-nı məlumatlandırdığı bildirilir. Onun məqsədi federasiya vasitəsilə «Azərikimya»nı hərəkətə gətirmək, başqa sözlə, daşı ətəyindən tökməyə məcbur etməkdir.

Yoxsa beləyə qalanda, zavod rəhbərliyi «Sumqayıt»ın üzləşdiyi durumu ciddiyə almır. Onlar artıq neçənci dəfədipr ki, Rəfiyevi kollektiv qarşısında başıaşağı edirlər.

Digər Xəbərlər
Xəbər Lenti