“Sumqayıt” içki düşkünü olan qapıçısı və başqaları…

15 Aprel 2020 11:00 Sumqayıt 1 157
“Sumqayıt” içki düşkünü olan qapıçısı və başqaları…

“Sumqayıt”ın 10-cu ildönümü ilə əlaqədar olaraq “Yaxın keçmişə səyahət” rubrikasını davam etdiririk.

Sportinfo.az xəbər verir ki, 2011/2012 mövsümündən Premyer Liqada mübarizə aparan komandada 10 illik tarix ərzində ümumilikdə 12 qapıçının xidmətindən istifadə edilib.

Bu illər ərzində ən çox oyun keçirmiş kiper milliyə də dəvət almış Andrey Popoviçdir. 2011/12 və 2014/15 mövsümləri ərzində burada çıxış etmiş 28 yaşlı qolkiper 59 matçda meydanda olub. İçki düşkünü kimi tanınan Andrey hazırda Ukraynada - “Minay”da çıxış edir.

Popoviçdən 8 oyun az keçirmiş Fərhad Vəliyev (51 oyun) bu siyahıda ikinci, hazırda komandanın şərəfini qoruyan Mehdi Cənnətov isə üçüncü pillədə qərarlaşıb. 2016/17 mövsümünün ikinci yarısında “Anji”dən transfer olunan Cənnətov indiyə qədər 45 oyuna çıxıb.

Nəzərinizə çatdıraq ki, siyahıda yer alan 12 qapıçıdan üçü - Fərhad Vəliyev, Elçin Sadıqov və Sahil Kərimov artıq karyeralarını başa vurub.

Andrey Popoviç – 59
Fərhad Vəliyev – 51
Mehdi Cənnətov – 45
Səlahət Ağayev – 38
Şahrudin Məhəmmədəliyev – 33
Anar Nəzirov – 17
Tərlan Əhmədli – 11
Elçin Sadıqov – 8
Rəşad Əzizli – 7
Sahil Kərimov – 4
Anar Məhərrəmov – 2
Aydın Bayramov – 1

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!