Millinin müdafiəçisi Gürcüstan çempionatına gedir? - Özü açıqladı

13 Aprel 2020 19:20 Sumqayıt 1 755
Millinin müdafiəçisi Gürcüstan çempionatına gedir? - Özü açıqladı

Millinin və "Sumqayıt"ın mərkəz müdafiəçisi Şəhriyar Əliyev Sportinfo.az-a müsahibə verib

- Bir aydı koronavirusa görə ölkə çempionatına fasilə verilib. Bu vəziyyətə uyğunlaşa bilmisən?

- Hələ belə fasilə görməmişdim. Getdikcə uyğunlaşmaq yox, öyrəşmək daha da çətin olur. Daim məşqdə, oyunda olurduq. Darıxmışam o günlər üçün. Tezliklə hər şey düzələr biz də sevdiyimiz işə qayıdarıq.

- Boş vaxtlarını fərdi məşqlərdən başqa nəyə daha çox sərf edirsən?

- Səhərlər komandanın onlayn məşqləri olur. Axşamlar da özüm məşq edirəm. Daha çox yatıram (gülür). Ev işlərində ailəmə kömək edirəm. Deyərdim, ən çox danışdığım adam da Nicat Qurbanovdur (gülür)

- Planlarında Gürcüstan çempionatına getmək var yoxsa necə?

- Düzdü, daha çox futboldan danışırıq. Bundan başqa gündəlik həyatdan söhbətləşirik Amma ora getmək planda yoxdur.

- Sevdiyin peşədən bu qədər uzaq qalmaq və yalnız evdə oturmaq psixoloji gərginlik yaratmır?

- Açığı, davamlı oyunlar, toplanışlar olanda ev üçün darıxırdıq. Bir tərəfdən evdə olmağımız yaxşıdır. Amma sevdiyin peşədən davamlı uzaq qalmaq psixoloji olaraq təsir edir. Bina evində qalanlar üçün lap çətindir. Çalışıram nəsə iş görüm başım qarışsın ki, gərginlik olmasın.

- Bu qədər fasilədən sonra, səncə, futbolçuların özünü bərpasına ən azı nə qədər müddət lazımdır?

- Həqiqətən, formanı bərpa etmək çətin olacaq. Artıq bir aydı evdəyik. Nə vaxta kimi belə davam edəcəyini də bilmirik. Hamımız fərdi məşqlər edirik, amma bununla formada qalmaq mümkün deyil. Qayıdandan sonra formamızı yığmaq üçün minimum 3 həftə toplanış keçməliyik.

- Fərdi məşqlərə məşqçi nəzarətsizliyi özündə tənbəllik yaratmır?

- Bu, məşqlərə olan iddiyətimi qəti azaltmır. Mümkün qədər daha çox məşq etməyə çalşıram. Bu məşqlər nə qədər çox olsa, fasilədən sonra bir o qədər köməyimizə çatacaq. Məncə, peşəkar futbolçu istənilən vəziyyətdə tənbəl olmamalıdır.

- Koronavirusla mübarizədə əllərini yumaqdan, davamlı spirtdən istifadə etməkdən yorulmamısan?

- Əllərimi davamlı olaraq yenə öz qaydasında yuyuram. Əvvəl spirtdən dahan çox istifadə edirdim. Amma indi yalnız hardansa evə gələndə vururam.

Xəbər Lenti