Abbasovun etibarını QAZANANLAR və İTİRƏNLƏR

13 Aprel 2020 16:28 Sumqayıt 951
Abbasovun etibarını QAZANANLAR və İTİRƏNLƏR

“Sumqayıt” Azərbaycan Premyer Liqasının geridə qalan 20 turundakı göstəriciləri ilə bağlı statistikanı açıqlayıb.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, komanda 20 oyunu 6 qələbə, 5 heç-heçə və 9 məğlubiyyətlə yekunlaşdırıb.

Həmin qarşılaşmalarda 24 qol vurub, öz qapısında isə 32 top görən “Sumqayıt” 23 xalla 4-cü pillədə qərarlaşıb. Baş məşqçi Ayxan Abbasov 20 tur ərzində 25 futbolçunun xidmətindən yararlanıb.

Bu futbolçulardan üçü – Mehdi Cənnətov (19 oyun, 1710 dəqiqə), Peyman Babayi (19 oyun, 1627 dəqiqə) və Əmir Ağayev (19 oyun, 1623 dəqiqə) komandamızın heyətində ən çox oyun keçirənlərdir.

Mövsümün gedişində 21 yaş limitinə uyğun 6 futbolçu iştirak edib. Onlar Elvin Cəfərquliyev (17 oyun, 1332 dəqiqə), Süleyman Əhmədov (16 oyun, 969 dəqiqə), Səbuhi Abdullazadə (13 oyun 752 dəqiqə), Rüfət Abdullazadə (3 oyun, 35 dəqiqə), Murad Xaçayev (2 oyun, 172 dəqiqə) və Nəbi Məmmədovdur (1 oyun, 2 dəqiqə).

Komanda 20 turda 24 dəfə rəqib qapılarına yol tapmağa müvəffəq olub. 24 qoldan 7-ni Peyman Babayi vurub. O, hazırda komandasının tək, çempionatın isə şərikli bombardiridir.

Mehdi Şərifi 5 dəfə (16 oyun, 1086 dəqiqə), Əmir Ağayev 4 dəfə (19 oyun, 1623 dəqiqə), Rəhim Sadıxov 3 dəfə (15 oyun, 1002dəqiqə), Elvin Cəfərquliyev 2 dəfə (17 oyun, 1332 dəqiqə), Sərtan Taşqın (18 oyun, 1269 dəqiqə) və Xəyal Nəcəfov isə (9 oyun, 436 dəqiqə) hərəyə bir dəfə qapını dəqiq nişan alıb. Yerdə qalan 1 qol isə avtoqol nəticəsində vurulub.

Mehdi Cənnətov – 19 oyun (1710 dəqiqə)

Peyman Babayi – 19 (1267)

Əmir Ağayev – 19 (1623)

Sərtan Taşqın – 18 (1269)

Elvin Cəfərquliyev – 17 (1332)

Cəmaləddin Xocaniyazov – 16 (1440)

Şəhriyar Əliyev – 16 (1423)

Mehdi Şərifi – 16 (1086)

Elvin Bədəlov – 16 (1047)

Süleyman Əhmədov – 16 (969)

Amil Yunanov – 16 (438)

Vüqar Mustafayev – 15 (1346)

Rəhim Sadıxov – 15 (1002)

Səbuhi Abdullazadə - 13 (752)

Vurğun Hüseynov – 11 (990)

Aleksey İsayev – 11 (987)

Xəyal Nəcəfov – 9 (436)

İlqar Qurbanov – 4 (61)

Rail Məlikov – 3 (226)

Elgün Nəbiyev – 3 (65)

Rüfət Abdullazadə - 3 (35)

Murad Xaçayev – 2 (172)

Aydın Bayramov – 1 (90)

Ehtiram Şahverdiyev – 1 (18)

Nəbi Məmmədov – 1 (2)

Digər Xəbərlər
Xəbər Lenti