“Sumqayıt”ın 10 ADAMI - FOTO

12 Aprel 2020 09:14 Sumqayıt 493
“Sumqayıt”ın 10 ADAMI - FOTO

“Sumqayıt”ıın 10-cu ildönümü ilə əlaqədar olaraq “Yaxın keçmişə səyahət” rubrikasını davam etdiririk.

Bu dəfə sizə 10 illik tariximiz ərzində klubun heyətində ən çox 10 oyun keçirmiş futbolçu haqqında məlumat verəcəyik.

Sportinfo.az xəbər verir ki, 2013-cü ildən komandanın şərəfini qoruyan Vurğun Hüseynov siyahıya başçılıq edir.

Kapitan ümumilikdə “Sumqayıt”da 164 oyun keçirib. Ondan 4 oyun az keçirən, hazırda “Zirə”də çıxış edən Bəxtiyar Həsənalızadə (160 oyun) bu siyahıda 2-ci, hazırda “Keşlə”nin kapitan sarğısını daşıyan Slavik Alxasov (128 oyun) isə üçüncüdür.

İlk “onluq”da yer alan və hazırda komandanın şərəfini qoruyan digər futbolçular isə hücumçu Amil Yunanov və klubun öz yetirməsi Xəyal Nəcəfovdur. Onlar siyahıda müvafiq olaraq 91 oyunla 4-cü və 79 oyunla 9-cu sırada qərarlaşıblar.

“Sumqayıt”ın heyətində 10 illik tarix ərzində ən çox oyun keçirmiş futbolçunun siyahısını sizə təqdim edirik.

1. Vurğun Hüseynov – 164
2. Bəxtiyar Həsənalızadə - 160
3. Slavik Alxasov – 128
4. Amil Yunanov – 91
5. Aleksandr Çertoqanov – 85
6. Pərdis Fərcad-Azad – 84
7. Samir Abasov – 82
8. Murad Ağayev – 81
9. Xəyal Nəcəfov – 79
10. Uğur Pamuk – 78

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!