Onları “Neftçi”dən çox BİABIR EDƏN OLMAYIB!

11 Aprel 2020 12:30 Sumqayıt 691
Onları “Neftçi”dən çox BİABIR EDƏN OLMAYIB!

2011/2012 mövsümündən Premyer Liqada mübarizə aparan “Sumqayıt”ın ən böyükhesablı qələbəsi 11.03.2013-cü ildə olub.

Sportinfo.az xəbər verir ki, həmin tarixdə “Turan” ilə qarşılaşan “kimyaçılar“ Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun müəyyən səbəblərə görə təmirdə olduğu üçün rəqibini “Bayıl Arena”da qəbul edib.

Qarşılaşma 4:0 hesabı ilə “Sumqayıt”ın qələbəsi ilə yekunlaşıb. Bu oyunda vurulan 4 qolun hamısının müəllifi Pərdis Fərcad-Azad olub. Hazırda Almaniyada top qovan Azərbaycan əsilli futbolçu klubun tarixində ilk və son poker edən futbolçu kimi tarixə düşüb.

Pərdis bundan başqa, ən çox qol vurmuş ikinci futbolçu kimi də diqqət mərkəzindədir. O, “Sumqayıt”ın heyətində ümumilikdə 22 qol vurub. Pərdis bu göstərici ilə yalnız hazırda komandamızda top qovan Amil Yunanovdan geri qalır.

“Sumqayıt”ın 10 illik tarixi ərzində ən böyükhesablı məğlubiyyəti isə 17.12.2012-ci ilə təsadüf edib. Həmin tarixdə komandamız “Bakcell Arena”da “Neftçi”yə 1:8 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"