“Sumqayıt” bu 10 ildə nə görüb, “Qarabağ“dan görüb

6 Aprel 2020 11:34 Sumqayıt 566
“Sumqayıt” bu 10 ildə nə görüb, “Qarabağ“dan görüb

“Sumqayıt”ın mətbuat xidməti klubun 10-cu ildönümü ilə əlaqədar olaraq “Yaxın keçmişə səyahət” rubrikasını davam etdirir.

Sportinfo.az xəbər verir ki, 2011/2012 mövsümündən Premyer Liqada mübarizə aparan komanda ilk xalını elə həmin mövsümün 5-ci turunda qazanıb.

Belə ki, 11.09.2011-ci ildə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Sumqayıt” - “Qarabağ” görüşündə hesab açılmayıb. Bu heç-heçə Bernhard Raabın rəhbərlik etdiyi komandanın Premyer Liqa tarixində qazandığı ilk xal kimi tarixə düşüb.

“Sumqayıt”ın ilk qələbəsi isə həmin mövsümün 11-ci turuna təsadüf edib. 30.10.2011-ci ildə doğma arenada AZAL-ı qəbul edən “Sumqayıt” 2:1 hesabı ilə qələbə qazanıb. Bu qarşılaşmada ev sahiblərinin qollarını Samir Abdulov və Eldar Məmmədov vurub.

“Sumqayıt”ın ilk səfər qələbəsi isə 05.11.2011-ci ilə təsadüf edib. Belə ki, həmin mövsüm “Qarabağ”la matçda ilk xalını qazanan komandanın ilk səfər qələbəsi də Ağdam təmsilçisinə qarşı olub.

Quzanlı Olimpiya Kompleksinin stadionunda baş tutan görüşdə “Sumqayıt” 2:1 hesabı ilə qələbə qazanıb. Bu oyunda Kamil Nurəhmədov və Murad Səttarlı fərqlənib.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!