Sponsoru növbəti dəfə "Sumqayıt"a badalaq vurdu: "SATA BİLMİRİK"

26 Mart 2020 21:00 Sumqayıt 1 384
Sponsoru növbəti dəfə "Sumqayıt"a badalaq vurdu:

«Azərikimya» ASC «Sumqayıt»da növbəti problemə səbəb olub.

Sportinfo.az-ın məlumatına görə, adıçəkilən şirkət klub qarşısında götürdüyü öhdəlikləri artıq yerinə yetirə bilmir.

Zavod istehsal etdiyi məhsulları sata bilməməsini əsas gətirərək, «Sumqayıt»ın işçilərinin və futbolçuların əməkhaqqısını tam şəkildə ödəməkdən imtina edib.

«Kimyaçılar»ın əksər üzvləri fevraldan qalan maaş borcunun yalnız bir hissəsini alıb. Məsələnin pis tərəfi odur ki, problem yalnız yerli kontingenti əhatə edir. Komandanın məvaciblərini dollarla alan əcnəbi oyunçuları bu çətinliklə üzləşməyib.

Əlbəttə, Riad Rəfiyev yaranmış böhranı aradan qaldırmaq üçün səy göstərir. O, prezidenti olduğu klubun cari problemlərini həll etmək üçün tez-tez «Azərikimya» rəhbərliyi ilə əlaqə saxlayır, işlərin nə yerdə olması barədə məlumat verir, kömək istəyir.

Gəl ki, Rəfiyevin bundan çoxuna gücü çatmır. «Sumqayıt»a ayıracaq qədər artıq pulu olsaydı, yəqin ki, «Neftçi»ni ölkə kubokunun ¼ final mərhələsindən uzaqlaşdıran futbolçularının 1000 manatlıq mükafatını verərdi. Üç aydan artıqdır ki, bu borc da qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"