Əməkhaqqını azaltsalar, bununla razılaşacaqsan?

23 Mart 2020 12:02 Sumqayıt 705
Əməkhaqqını azaltsalar, bununla razılaşacaqsan?

Sportinfo.az "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətovun müsahibəsini təqdim edir:

- Koronavirus pandemiyası səbəbindən məcburi fasilədəsiz. Günləriniz necə keçir?
- Hər gün 2-3 saat fərdi məşq edirəm. Tonusda qalmaq lazımdır. Hər gün evdə oluram. Amma bəzən çölə çıxıb gəzirəm. Hər gün evdə olmaq da adamı darıxdırır.

- Özünüzü koronavirusdan necə qoruyursunuz?
- Mən bu məsələyə sakit yanaşıram. Heç bir panikadan söhbət gedə bilməz. Qaydalara riayət edirəm, toplu insanların olduğu yerlərə getmirəm.

- Bu dövrdə Rusiyaya – ailənizin yanına qayıtmaq haqda heç düşündünüz?
- Düzünü desəm, Rusiyaya yollanaraq valideyn və yaxınlarıma baş çəkmək istəyərdim. Amma evdə fərdi olaraq məşq etmək də mümkündür.

- Ən azından aprelin 14-ə kimi çempionat olmayacaq. Bu dövrdə nə etmək fikrindəsiniz?
- Əslində bir ay futbolsuz qalmaq çox böyük zamandır. Çempionat bərpa olunanda hamı oyun tonusunu əldə etməyə çalışacaq. Karantin vəziyyətində də, rahatlaşmaq olmaz.

- UEFA iyunun 30-na kimi çempionatları başa vurmaq tələb edir. Aprelin axırında Premyer Liqa bərpa edilərsə, həftədə 2-3 oyun oyuna hazırsızmı?
- Nə qədər çox və tez-tez oyun olsa, bir o qədər yaxşıdır. Həftədə bir matç keçirməkdən yaxşıdır.

- Avropada bəzi klub rəhbərləri koronavirusa görə yaranmış fasilə zamanı futbolçulara maaş verməkdən imtina edib və əmək haqqını azaldıblar. "Sumqayıt"da belə bir addım atarsa, razılaşacaqsınız?
- Avropada futbolçuların qazandıqları maaşlar tamam başqadır. Bizimlə müqayisədə böyük fərq var (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti