"Azərbaycandan getsəm, geri qayıda bilməyəcəm"

15 Mart 2020 21:40 Sumqayıt 1 455
"Azərbaycandan getsəm, geri qayıda bilməyəcəm"

“Çox sevinərdim ki, ora gedim. Atamı, anamı görüm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri futbolinfo.az-a açıqlamasında “Sumqayıt”ın futbolçusu Peyman Babayi deyib.

O, koronavirus səbəbindən Azərbaycan Premyer Liqasının dayandırılmasından yararlanıb ölkəsinə getməklə bağlı suala belə cavab verib:

“Bizdə Novruz bayramı keçiriləcək. Təəssüf ki, getsəm də, geri qayıda bilməyəcəm. Ona görə də getməyəcəm. Sumqayıtdayam və burda istirahət edirəm. Çox sevinərdim ki, ailəmin yanında olum, onlara dəstək olum. Amma getməyəcəm”.

Digər Xəbərlər
Xəbər Lenti