"Sumqayıt"ın prezidenti 2 funksionerə qadağa qoydu

13 Mart 2020 19:16 Sumqayıt 1 076
"Sumqayıt"ın prezidenti 2 funksionerə qadağa qoydu

«Sumqayıt»ın prezidenti Riad Rəfiyev, deyəsən, yenə də klub daxilində çaxnaşma yaratmaq istəyir.

O, mətbuat xidmətinin rəhbəri və akademiyanın direktor müavini Rəşad Məmmədovu «qara siyahı»sına daxil edib.

Buna səbəb yarandığı gündən komandada çalışan Məmmədov barədə onda formalaşdırılan şübhələrdir. Belə ki, yaxın çevrəsi Riad bəyi «Sumqayıt»dan çıxan xəbərləri mediaya məhz mətbuat katibinin sızdırmasına inandırıb.

Guya, klub haqda yayılan informasiyaların «mənbə»si odur və bu səbəbdən Məmmədovun səlahiyyətləri məhdudlaşdırılıb.

Onun və icraçı direktor Zamiq Hüseynovun əksər KİV-lərə açıqlama verməsinə qadağa qoyulub. Bu siyahıya Sportinfo.az da daxildir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"