Çin – Paraqvay oyununun keçirildiyi Azərbaycan stadionunda son vəziyyət

13 Mart 2020 12:16 Sumqayıt 874
Çin – Paraqvay oyununun keçirildiyi Azərbaycan stadionunda son vəziyyət

Azərbaycanda dördüncü ən böyük arenası olan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu rekonstruksiya olunur.

artıq bir müddətdir stadionda yenidənqurma işləri aparılır.

Stadion şəhərin Sarıqayabaşı burnu ərazisində yerləşir. M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu 1979-1980-ci illər və 1993-1994-cü illər ərzində təmirə dayandırılıb. Son olaraq isə 2011-ci ildə meydanda kosmetik təmir işləri aparılıb. Paltardəyişmə və hakimlərin otaqları əsaslı təmir olunub.

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionunun inşasına 1954-cü ildə qərar verilsə də, arenanın tikintisi müəyyən səbəblərə görə təxirə salınıb. Lakin 1963-cü ildə meydançanın tikintisinə başlanılıb və 1966-cı il iyulun 1-də istifadəyə verilib.

M.Hüseynzadə adına stadionda ilk oyun SSRİ çempionatının B qrupunda çıxış edən Sumqayıtın “Polad” komandası ilə Belaya Kolitva şəhərinin eyni adlı kollektivi üz-üzə gəlib. Həmin görüş “Gənclər şəhəri” təmsilçisinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Qarşılaşmada yeganə qolun müəllifi Telman Salahov olub.

Stadionun layihəsini “Az Dövlət Proyekt” şirkəti sifariş verib. M.Hüseynzadə adına Sumqayıt şəhər stadionunda ilk beynəlxalq oyun 1982-ci ildə Azərbaycanın yeniyetmələrdən ibarət komandası ilə İran millisi arasında olub. Arenadan “Polad”, “Vosxod”, “Xəzər”, “Kimyaçı”, “Sumqayıt”, “Gənclərbirliyi”, “Qarabağ” (Ağdam), “Xəzər Lənkəran” (Lənkəran) və “Standard” komandaları ev oyunları zamanı istifadə ediblər.

1985-ci ildə SSRİ-də təşkil olunmuş gənclər arasında dünya çempionatının D qrupunun Çin– Paraqvay oyunu məhz bu stadionda keçirilib. Həmin matçda Çin 2:1 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi