Abbasov komandasına bir neçə futbolçu götürdü - FOTOLAR

13 Mart 2020 09:14 Sumqayıt 1 263
Abbasov komandasına bir neçə futbolçu götürdü - FOTOLAR

Premyer Liqanın 21-ci turunda “Səbail”lə üz-üzə gələcək olan “Sumqayıt” bu qarşılaşmaya hazırlığı davam etdirir.

Sportinfo.az xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında növbəti məşqini keçirib.

Zədəsini tamamilə sağaltmış Murad Xaçayev artıq komanda ilə birlikdə məşqlərə başlayıb. Bundan başqa, əvəzedici komandanın bir neçə futbolçusu da əsas heyətə cəlb olunub.

Təxminən 1,5 saat davam edən hazırlıq prosesində fiziki gücün artırılması və müxtəlif toplu hərəkətlər üzərində çalışılıb. Məşqə ikitərəfli oyunla yekun vurulub. Martın 15-də keçiriləcək "Sumqayıt" - "Səbail" qarşılaşmasına saat 16:00-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!