"Sumqayıt"ı tək buraxan kapitan ümid edir ki…

6 Mart 2020 17:10 Sumqayıt 865
"Sumqayıt"ı tək buraxan kapitan ümid edir ki…

"Artıq fərdi məşqlərə başlamışam. Yaxın bir həftədə ümid edirəm ki, komanda ilə birgə məşqlərə qoşulacam".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov deyib

Zədə səbəbindən son iki turda meydana çıxa bilməyən mərkəz müdafiəçisi komandasının Qəbələ səfərindən yaxşı nəticə ilə qayıdacağına ümidlidir:

"Hər bir oyun çətindir. Asan rəqib yoxdur. Qəbələ səfəri də hər zaman ağır olub. İnanıram ki, komanda yoldaşlarım yaxşı mübarizə aparıb, yaxşı nəticə qazanmağı bacaracaqlar".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti